İstanbulda yaşayan Özbəkistan vətəndaşı zəlzələdən qorxaraq ürək çatışmazlığından dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Özbəkistanın Türkiyədəki Baş Konsulluğunun mətbuat xidməti məlumat yayıb.

“İlkin məlumata görə, bu faciəvi hadisə İstanbulda baş verən zəlzələ zamanı sonuncu mərtəbədə olan vətəndaşın həddindən artıq qorxu vəziyyətinə düşməsi nəticəsində baş verib”, - deyə məlumatda bildirilir.

Baş Konsulluq əlavə edib ki, idarə tərəfindən mərhumun cənazəsinin Özbəkistana göndərilməsi üçün lazımi konsulluq, hüquqi və təşkilati tədbirlər görülür. Diplomatik şöbə mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.