"Harvard Universiteti “antisemit” institutudur və “demokratiya üçün təhlükədir”.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Harvard, bir çox başqaları kimi, antisemit, ifrat solçu bir institutdur və bütün dünyadan ölkəmizi parçalamaq istəyən tələbələri qəbul edir" deyə Tramp yazıb.