ABŞ Prezidenti Donald Trampın onlayn mağazası "Trampa 2028" mövzulu məhsullar satışına başlayıb.
"Unikal" xəbər verir ki, satılan məhsullar arasında xüsusilə beysbol papaqları çoxluq təşkil edib. Üzərində 2028 yazısı olan papaqlar 50 dollardan satılır. İstehsalçı ölkə ABŞ kimi qeyd olunub.
Qeyd edək ki, məhsulların üzərində 2028 yazısının olması Trampın həmin ildə keçiriləcək prezident seçkilərinə işarə etməsi kimi yozulub. Onun növbəti seçkilərdə də iştirak edəcəyi düşünülür.