Müxalifətdə nəsil dəyişikliyi qaçılmazdır
11:40 22-08-2013
CƏMİYYƏT
Müxalifətdə nəsil dəyişikliyi qaçılmazdır
Fakt budur ki, Azərbaycan müxalifətinin fəaliyyəti nə narazı elektoratı razı salır, nə də onların özlərini. Hətta iqtidarı da...
Ekspertlərin qənaətlərinə görə, Azərbacanda ümumən siyasi sistem tam oturuşmadığından köhnə simalar hələ də meydandadır... Amma getdikcə qloballaşan dünyada bu daimilik də mümkün deyil.
Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri Adıgözəl Məmmədovun "Unikal"a bildirdiyinə görə, "Azərbaycanın siyasi səhnəsində yeni bir situasiya ilə qarşılaşmışıq. Əslində, bu günə qədər siyasi səhnədə formalaşmış ənənəvi qüvvələr nisbətində yeni tərəflər önə çıxmışdır. Bu vəziyyət isə hər iki tərəfin adekvat reaksiyası il müşahidə olunur. Hamının tanıdığı "növbətçi" müxalif liderlər yeni oyunçularla rəqabətə giriblər. Və bu da özünüqoruma instinktini işə salıb. Yuxarıda qeyd ediyim "növbətçi" müxalifət liderləri yeni gələn qüvvələrlə və yeni nəsillə gizli mübarizəyə girişiblər. Amma iqtidardar üçün tanıdığı müxalifətlə mübarizə aparmaq daha asandır".
Ekspertin fikrincə, "Regionumuzda baş verən prosesləri təhlil etdikdə aydın olur ki, yeni bir geopolitik güc formalaşır. Bu yeni formalaşan geopolitik güc dünyada dominantlıq qazanmış Amerika hegemoniyasına qarşı çıxır. Yeni formalaşan geopolitik güc 4 konbinatik formada özünü büruzə verir. Rusiya ilə Çinin əsasını təşkil etdiyi Şanxay İşbirliyi Təşkilatı formasında. İkincisi, BRHÇCA (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası )Təşkilatı formasında. Bu təşkilat yaxın gələcəkdə dollardan imtina edərək, beynəlxalq hesablaşmalarda yeni valyutanın yaradılmasını qarşısına məqsəd qoymuşdur. Mövcud vəziyyətdən irəli gələn yeni qüvvələr nisbəti qlobal dünyada Azərbaycanın geopolitik yerləşiminə yeni korrektələr etməyə məcbur edəcəkdir. Açığı, bu məqamda bir tənqidi fikrimi də söyləmək istəyirəm. Azərbaycan dövləti tərəfindən maliyyələşən Strateji Araşdırmalar Mərkəzi bu məsələlərə daha çox diqqət etməlidir. Çox təəssüf ki, bu institun mütəxəssislərinin nə yazılarında, nə də çıxışlarında yuxarıda səsləndirdiyim fikirlərin təhlilini görtmürük. Sonda onu da qeyd etmək yerinə düşər ki, dünyadakı yeni vəziyyət regiondakı dövlətlərin siyasi proseslərinə yeni rəng qatmışdır. Artıq dəyərlər sistemi öz yeknəsəkliyi ilə özünü göstərməyə başklamışdır. Amerika hegemonluğunun ideoloji konsepsiyasının əsasını təşkil edən liberal-demokratiya siyasi təlimi çox ciddi transformasiyaya uğramışdır. İnsanlar açıq-aşkar görürlər ki, Vaşinqton liberal dəyərlərdən daha çox öz milli mənfəətlərinə üstünlük verir. Əgər milli mənfəətlər tələb edərsə, liberal dəyərlər unudulur, avtoritar rejimlərin formalaşmasına təkan verilir. Məhz bu da insanlar arasında Amerika liberalizminə inamı azaldır. Ona görə də mövcud vəziyyət seçkilər ərəfəsində bizi bir neçə dilemma ilə üz-üzə qoyub. Məhz bu faktorların qarşıdan gələn seçkilərdə təsirini müşahidə edəcəyik".
Politoloq Ərəstun Oruclunun "Unikal"a bildirdiyinə görə, "Bu gün ölkədə fəaliyyət göstərən bütün siyasi qurumlar ciddi ideoloji-təşkilati böhran içindədir və buna görə də mən tam əminəm ki, bu dəəfki prezident seçkiləri Azərbacanın siyasi sistemi üçün prinsipial yeniliklər gətirəcək. Seçkilərin necə keçməsindən və nəticələrindən asılı olmayaraq bu proses baş verəcək".
Politoloqun fikrincə, "Bu dəyişikliklərdə həlledici rol siyasi səhnədə artıq özünü təsdiq etməyə başlamış gəncliyə məxsus olacaq. Partiyaların davranışlarını və irəli sürdükləri şüarları təhlil edəndə bu qənaətə gəlirsən ki, 20 il ərzində onların düşüncə tərzində heç nə dəyişilməyib. Məhz buna görə cəmiyyət onlara dəstək vermir".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00