Balakəndə yanğın olub.
"Unikal" xəbər verir ki, ötən gecə saatlarında rayonun Katex kəndində kənd sakini 1954-cü il təvəllüdlü Məmmədova Lyuzaya məxsus ümumi sahəsi 48 k/m olan yardımcı tikilinin 30 k/ m hissəsi və tikilidə olan xeyli sayda cücələr yanaraq tələf olub.
Yanğının səbəbi araşdırılır.
Seymur Əli