Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
***17:06
Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında keçirilən görüşün görüntülərini dərc edib.
"Unikal" xəbər verir ki, Putin Uitkoffu ingiliscə salamlayıb və onlar əl sıxıblar.
Uitkoff aprelin 25-də səhər saatlarında Moskvaya səfər edib.
***11:49
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvaya səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə “İnterfaks” mənbələrə istinadən məlumat yayıb.