Hakim “Gürcü arzusu” partiyasının lideri İrakli Qaribaşvili jurnalistlərlə keçirdiyi brifinqdə siyasətdən getdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, onun sözlərini "RİA Novosti" nəşri sitat gətirib.
"Sizə siyasətdən getmək qərarım barədə məlumat vermək istərdim”, - partiya sədri bildirib. O vurğulayıb ki, bu gün ona həvalə olunmuş missiyanı yerinə yetirilmiş hesab edir.
Tədbir zamanı İrakli Qaribaşvili “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə göstərdiyi etimada görə bir neçə dəfə təşəkkür edib. Partiya liderinin sözlərinə görə, o, birliyin apardığı siyasəti dəstəkləməyə davam edəcək.
İrakli Qaribaşvili siyasi karyerası ərzində iki dəfə - 2013-2015-ci illərdə və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub. O, həmçinin müxtəlif vaxtlarda müdafiə naziri, ictimai asayiş naziri vəzifələrində çalışıb.
Gülayə Mecid