Aprelin 25-də saat 16:00 radələrində “Dəniz Mall” ərazisindən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 50 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.