İstanbulda Türkiyə və Rusiya nümayəndə heyətləri arasında Yaxın Şərq gündəminə dair danışıqlar başa çatıb.
"Unikal" xəbər verir ki, məsləhətləşmələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya Federasiyasını isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edib.
Məsləhətləşmələr zamanı tərəflər Suriya və Fələstində baş verənlərlə bağlı fikir mübadiləsi aparıblar. Mətbuata birgə bəyanat gözlənilir.