Rusiya Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş üç saat davam edib və konstruktiv keçib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Putin və Uitkoff digər məsələlərlə yanaşı, Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanlarını da müzakirə ediblər.
Uşakov əlavə edib ki, Rusiya və ABŞ liderləri arasında razılaşmalara uyğun olaraq, dialoq aktiv rejimdə aparılacaq.