Ağstafada canavarlar qoyun sürüsünə hücüm edib, 40-a yaxın qoyunu parçalayıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Belə ki, kəndin yaxınlığında E.Məmmədova məxsus fermaya canavarlar hücüm edib. Nəticədə canavarlar kənd sakininə məxsus 40-a yaxın xırdabuynuzlu heyvanı parçalayıb.