İstanbul yaxınlığında yeni zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) öz saytında məlumat yayıb.

Zəlzələnin maqnitudası 4,3 bal olub. Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar şəhərin özündə də hiss olunub. Əhali arasında təşviş olmadığı qeyd edilir.