Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyə liderinin may ayı üçün nəzərdə tutulmuş proqramında Azərbaycana səfər də var.

Qeyd edək ki, Ərdoğan aprelin 29-da IV Hökumətlərarası Zirvə Görüşündə iştirak məqasədilə İtaliyaya gedəcək. Mayın 3-də Şimali Kipr Türk Respublikasında təşkil olunan TEKNOFEST-də iştirak edəcək. İyunda isə onun ABŞ-nin paytaxı Vaşinqtona gedəcəyi gözlənilir.