Goranboyda gənc oğlan özünə kəsici alətlə xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib. 2007-ci il təvəllüdlü Hüseyn Əsgərov məlum olmayan səbəbdən kəsici alətlə damarını kəsərək özünə xəsarət yetirib. Onun hadisə zamanı içkili olduğu bildirilir. Yaralı gənc xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov