Yevlaxda yanan tövlədə 4 baş iri buynuzlu heyvan tələf olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəlləklər kəndində Aqil Əhmədova məxsus təsərrüfatda baş verib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovun qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov