Rəcai limanındakı partlayışdan bir neçə saat sonra Bəndər Abbas vətəndaşlarından əyalətin tibb mərkəzlərinə gedib qan vermələri üçün çağırış edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Hörmüzqan Əyalətinin Qanköçürmə Mərkəzi bəyanat yayıb. 

Qeyd olunub ki, hazırda xüsusilə mənfi qan qruplarına ehtiyac var: "Mənfi qan qrupu daha yüksək prioritetə ​​malikdir, lakin bütün qan qruplarına ehtiyac var".

Fövqəladə Hallar Təşkilatının verdiyi son statistik məlumatlara görə, indiyədək hadisə nəticəsində azı 4 nəfər ölüb, 516 nəfər xəsarət alıb.

Ağarza Elçinoğlu