"Racai limanında baş verən partlayışla bizim heç bir əlaqəmiz olmayıb".
"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.
İslam Respublikası rəsmiləri partlayışa kimyəvi anbarda baş verən yanğının səbəb olduğunu, lakin hadisənin əsas səbəbini hələlik müəyyən etmək mümkün olmadığını bildirib.
İslami Şura Məclisinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rezayi partlayışla bağlı deyib ki, bəzi KİV-lər bunu Beyrut limanındakı partlayışa bənzədir və bu hadisənin terror xarakterli olması fərziyyəsi ortaya atılıb.
O əlavə edib ki, bütün bu fərziyyələr media spekulyasiyasıdır.
Ağarza Elçinoğlu