Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı məlumatı şərh etməyib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Mən şərh vermirəm", - deyə baş nazir qısa cavab verib. 

Paşinyan Böyük Vətən Müharibəsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya gedib-getməyəcəyini də deməkdən imtina edib.

Ağarza Elçinoğlu