27.04.2025-ci il tarixində saat 12:30 radələrində 5 nəfər (3 kişi cinsli, 2 qadın cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, əzilmiş, sıyrılmış yara diaqnozları təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
XXX
14:23
Samuxda baş verən qəzada xəsarət alan şəxsləri adları məlum olub.
"Unikal"ın məlumatına görə, xəsarət alanlar 1961-ci il təvəllüdlü C.Əliyev,1989-cu il təvəllüdlü R.Əliyev,1990-cı il təvəllüdlü G.Əliyeva və 2015-ci il təvəllüdlü N.Əliyevdir.
XXX
13:20
Samuxda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə -Samux yolunun rayonun ərazindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107 " ilə "VAZ 21015" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Tural Əhmədov