
Azərbaycan prezidenti Qax rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qax Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.