Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı hücum nəticəsində 26 nəfər ölüb. Hindistan daha sonra Hind hövzəsindən su axını kəsərək suyun Pakistana çatmasının qarşısını alıb. 

"Unikal" xəbər verir ki, iki nüvə dövləti arasında başlayan gərginlik sürətlə artmaqda davam edir.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Pakistan ordusunun sərhədə haubitsa göndərdiyi, vaxtaşırı Hindistan postlarına hücumların təşkil edildiyi bildirilib. Bundan əlavə, Türkiyə ordusuna məxsus 6 nəqliyyat təyyarəsinin Pakistana döyüş materialları aparıb. Bildirilib ki, bu materiallar arasında PUA-larla yanaşı, silah və raketlər də var. Pakistan rəsmiləri: "Türkiyə səssiz, lakin real dəstək nümayiş etdirir. Bizi izləyin", - deyə açıqlama yayıb. 

Türkiyənin hadisələr fonunda Pakistana hərbi yardım göndərməsi diqqət çəkib. Hələlik rəsmi Ankara məlumatı təsdiq etməyib. 

Gülayə Mecid