İranın infrastrukturuna qarşı kütləvi kiberhücum həyata keçirilib.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın İnfrastruktur Rabitə Şirkətinin baş direktoru Behzad Əkbəri açıqlayıb.
"Allahın lütfü və İnfrastruktur Rabitə Şirkəti və Rabitə Nazirliyinin təhlükəsizlik və texniki qruplarının səyi ilə dünən ölkənin infrastrukturuna qarşı geniş yayılmış və mürəkkəb kiberhücumlardan biri müəyyən edilib və qabaqlayıcı tədbirlər görülüb", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu