Hərbi geyimli silahlı şəxslər Suriyanın keçmiş prezidenti, Bəşər Əsədin atası Hafiz Əsədin qalıqlarını məzardan çıxararaq naməlum yerə aparıblar. 

"Unikal" xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

"Keçmiş prezident Hafiz Əsədin Qardaha şəhərində dəfn olunduğu yer qazılıb. Naməlum şəxslər məzardan qalıqları naməlum istiqamətə aparıblar", - telekanalın saytında deyilir.

Ağarza Elçinoğlu