28.04.2025-ci il tarixində saat 18:40 radələrində 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, döş qəfəsinin sağ tərəfinin daxilə keçən hissəsinin kəsilmiş-deşilmiş yarası, divar aralığının yaralanması diaqnozu təyin edilən 1995-ci il təvəllüdlü şəxsin (kişi cinsli) reanimasiya tədbirlərinə baxmayaraq, 19:00 radələrində ölüm faktı qeydə alınıb.
Belin açıq yarası diaqnozu təyin edilən 1994-cü il təvəllüdlü şəxsə (kişi cinsli) ilkin tibbi yardım göstərilib. Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunan şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
**** 19:33
Gəncədə bıçaqlanan şəxslərdən biri xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə. həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
xxx
18:52
Gəncədə iki nəfər bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, iki nəfər bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Tural Əhmədov