Avropa Birliyinin bir sıra yüksək səviyyəli rəsmiləri getdikcə daha çox Avropa Komissiyasının sədri Ursula fon der Leyenin mövcudluğunun zərərli olduğunu və onun istefaya getməli olduğunu bəyan edirlər.
"Unikal" xəbər verir ki, bu barədə “Die Weltwoche” qəzeti məlumat yayıb.
Məlumata görə, Aİ-nin Brüsseldəki bir sıra yüksək rütbəli rəsmiləri hesab edirlər ki, Avropa Komissiyası sədrinin istefası bir çox məsələləri həll edə və Aİ üçün vacib olan çoxsaylı proseslərin qarşısını aça bilər.
Qəzet həmçinin yazır ki, Aİ-də mövcud siyasi böhran Leyenin siyasi və diplomatik bacarıqlarına müsbət şəhadət verə bilməz.
Ağarza Elçinoğlu