“Barselona” baş məşqçisi Hansi Fliklə yeni müqavilə bağlayacaq.
"Unikal" xəbər verir ki, bu haqda insayder Fabritsio Romano bildirib. Onun məlumatına görə, Kataloniya təmsilçisi bununla əlaqədar danışıqları davam etdirir.
Müqavilənin may ayında imzalanacağı gözlənilir.
Mütəxəssisin özü də klubda qalmaq istəyir. “Barselona” Fliklə müqaviləni 2027-ci ilin iyun ayına qədər uzatmağı, əlavə olaraq bir mövsüm uzadılma seçimini də daxil etməyi planlaşdırır.
Qeyd edək ki, Flikin rəhbərliyi altında "Barselona" bu mövsüm İspaniya kubokunu qazanıb, Çempionlar Liqasında ən azı yarımfinala yüksəlib. La Liqada isə komanda 33 oyundan 76 xalla liderdir və ən yaxın izləyicisi "Real"ı 4 xal qabaqlayır.