"Rəcaidə öldürülənlərin şəhid hesab edilməsinə çalışırıq".
"Unikal" xəbər verir ki, bu barədə İran Parlamentinin deputatı Əbdül Kərim Haşimi Nakhl-Ebrahimi deyib.
"Biz Bəndər-Rəcai partlayışında həlak olanların xidmət şəhidi hesab edilməsinə çalışırıq. Rəhbərdən icazə alındıqdan sonra Şəhidlər Fondunda bu hərəkətin hüquqi proseduruna əməl olunacaq, vəqfdə lazımi araşdırmalar aparılacaq", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu