Cənubi Qafqaz ölkələri regionda uzunmüddətli sülhün və sabit inkişafın bərqərar olması üçün səfərbər və həvəslidirlər.

"Unikal" xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Ermənistana rəsmi səfərini başa vurduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

"Əvvəllər Azərbaycanda olmuşam, orada da oxşar ab-hava var. Hər üç ölkənin lideri demək olar ki, yekdil fikirdədir ki, bizə sabitlik, sülh və iqtisadi inkişaf lazımdır. Siyasi sabitliyin ardınca enerji, turizm və mədəniyyət gəlir. İnanıram ki, bu proses müsbət yekunlaşacaq", - deyə Gürcüstan lideri bildirib.