ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskini müqayisə edib.
"Unikal" xəbər verir ki, Trampın sözlərinə görə, Putinlə işləmək ona Vladimir Zelenskidən daha asan gəlir.
"Zelenskinin kartları yoxdur, amma getdikcə daha çoxunu istəyir. Onun tutarlı əsasları yoxdur. Ümid edirəm ki, barışacaq. Çünki Putin bunu məndən başqa heç kim üçün etməzdi. Düşünürəm ki, o, axıradək getmək istəyib. Amma indi danışıqlara hazırdır. Hələlik onunla Zelenskidən daha asandır", - deyə Tramp qeyd edib.