ABŞ prezidenti Donald Tramp bildirib ki, o, bütün hakimiyyəti öz əlində cəmləşdirmək və avtoritar lider olmaq niyyətində deyil.

"Unikal" xəbər verir ki,  ABC televiziyasına verdiyi müsahibədə Amerika prezidentindən bəzi ABŞ vətəndaşlarının "öz əlində həddindən artıq güc cəmləməsi və avtoritar prezidentə çevrilməsi" ilə bağlı narahatlıqlarını şərh etməsi istənilib.

"Həqiqətən, onların belə düşünmələrini istəməzdim. Mən yalnız bir şey edirəm - Amerikanı yenidən möhtəşəm etmək. Ölkəmiz tənəzzülə uğramışdı. Bütün dünya ölkəmizə gülürdü. Bizim çox səriştəsiz bir liderimiz var idi (  Co Bayden)", - o, qeyd edib.