Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.

"Unikal" xəbər verir ki, bu barədə NOTAM aviasiya məlumat yayıb.

Pakistan təyyarələri üçün hava məkanının bağlanması qərarı aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq.

Bildirişin "Pakistan Hava Yolları tərəfindən qeydiyyata alınmış, idarə olunan, mülkiyyətində olan və icarəyə götürülmüş" bütün təyyarələrə şamil ediləcəyi bildirilir. Bu həm mülki, həm də hərbi təyyarələrə aiddir.