UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Unikal" xəbər verir ki, bu raundun ikinci matçı İspaniyada “Barselona” və İtaliya “İnter”i arasında keçirilib. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 1-ci dəqiqədə qonaqlar açıblar. Milan təmsilçisinin heyətində Markus Tyuram fərqlənib. İtaliya klubu 21-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıb. “Barselona” 21-ci dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb. Lamin Yamal uzaq küncü dəqiq nişan alıb. 38-ci dəqiqədə isə Ferran Torres tarazlığı bərpa edib. İlk hissə bu hesabla yekunlaşıb. 64-cü dəqiqədə Dümfris “İnter”i yenidən hesabda önə çıxarıb. Görüşdə son nöqtəni isə Rafinya qoyub.

Komandalar arasında cavab oyunu mayın 6-da Milan şəhərində keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda Fransanın PSJ klubu İngiltərədə “Arsenal”a 1:0 hesabı ilə qalib gəlib.