"Biz hələ də Ermənistandan Avropa İttifaqına daxil olmaq üçün müraciət almamışıq. Bizə müraciət edəndə onu müzakirə edəcəyik".

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos açıqlayıb. 

Yüksək səviyyəli avropalı diplomat vurğulayıb ki, İrəvanda səslənən bu arzu Avropa ailəsinin bu gün nə qədər cəlbedici olduğunu göstərir: "Ermənistan parlamentində baş verənlər Avropa Birliyinin cəlbediciliyinin indi əvvəlkindən daha yüksək olduğunu göstərir. Hər hansı bir ölkənin Avropa Birliyinə üzvlük üçün müraciət etməsi üçün iki şərt var: o, dövlət olmalı və Avropada olmalıdır. Biz hələ Ermənistandan müraciət almamışıq. Gələndə biz bunu müzakirə edəcəyik, lakin dediyim kimi, bu, bir çox ölkələr üçün maraqlı olduğumuzu göstərir". 

Ötən ay Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edib. Eyni zamanda, rəsmi İrəvan bildirir ki, qanun layihəsi Avropa İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi proqramına və Ermənistanın balanslaşdırılmış xarici siyasətinə uyğun olsa da, Aİ-yə üzvlük üçün müraciət deyil. 

Ağarza Elçinoğlu