Rüstəm İbrahimbəyovun şok təklifi Milli Şuranı dağıtdı...
14:15 23-08-2013
CƏMİYYƏT
Rüstəm İbrahimbəyovun şok təklifi Milli Şuranı dağıtdı...
Ssenarist Şuranın adından prezidentliyə ehtiyat namizəd kimi Əkrəm Əylislinin adını çəkib.
Milli Şuranın üzvü olan qurumların rəhbərləri - İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Sülhəddin Əkbər, Əvəz Temirxan və Eldar Namazovun avqustun 21-də keçirdiyi qapalı toplantıda gərgin anlar yaşanıb. Yığıncağa qatılanlar ehtiyat vahid namizədin müəyyənləşdirilməsinin mümkün variantlarını axtarsalar da, buna nail ola bilməyiblər.
Mənbəmizin verdiyi məlumata görə, toplantıda Cəmil Həsənli, Mehman Əliyev və Eldar Namazovun vahid namizədliyi ilə bağlı təkliflər irəli sürülüb. Bu məsələ ətrafında fikirlərini bölüşənlərin əksəriyyəti Cəmil Həsənli variantının daha münasib olduğunu bildiriblər. Əli Kərimli C.Həsənlinin vaxtilə onun müavini olduğunu, uzun illərdir ardıcıl mövqe nümayiş etdirdiyini xüsusilə önə çəkib. Mirmahmud Mirəlioğlunun "bəs eləydisə, nə üçün 2005-ci ildə Cəmil bəyi partiyadan çıxardınız" replikasına AXCP sədri sadəcə gülümsəyərək reaksiya verib.
İsa Qəmbər isə ehtiyat namizəd dedikdə bir nəfərin yox, bir neçə nəfərin namizədliyini nəzərdə tutduğunu bildirib və bunun alınmayacağı təqdirdə, özünün seçkilərdə iddialı olduğunu söyləyib.
Mənbəmizin məlumatına görə, müzakirələrə müdaxilə etməyən Eldar Namazov sakitcə qeydlər götürürmüş. O, yalnız məsələyə münasibət bildirmək üçün Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun zəng edəcəyini deyib. Elə bu zəngdən sonra gərginlik yaranıb.
R.İbrahimbəyov Mehman Əliyevin namizədliyinə qarşı çıxıb, onu ayrı-ayrı vaxtlarda hakimiyyətlə əməkdaşlıqda ittiham edib. O, yalnız Eldar Namazovun namizədliyini vurğulayıb və Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə loyal yanaşıb. Bundan əlavə, İbrahimbəyov Ziyalılar Forumunu da prosesə cəlb etməyi lazım bilib və ehtiyat namizədlər arasında Əkrəm Əylislinin adını çəkib. Mənbəmiz deyir ki, təklif elə gözlənilməz olub ki, həmin vaxt çay içən İsa Qəmbər çeçəyib. Bu zaman Sülhəddin Əkbər onun kürəyinə iki yumruq vurub. Digər toplantı iştirakçıları da ani olaraq şok yaşayıblar. Yalnız Eldar Namazovun qımışdığını görən Əli Kərimli onun bu məsələni əvvəlcədən bilib-bilmədiyini soruşub. E.Namazov isə çiyinlərini çəkərək xəbərsiz olduğunu deyib.
R.İbrahimbəyov Əkrəm Əylislinin namizədliyinin ehtiyat variantlardan biri kimi irəli sürülməsinin bir çox dividentlər vəd etdiyini söyləyib. Bu dividentlərin nədən ibarət olmasını isə açıqlamayıb və sadəcə əlavə edib ki, Moskvadan belə məsləhət görürlər.
Mənbəmizin məlumatına görə, iştirakçılar İbrahimbəyovu əsəbləşdirməmək üçün bu məsələ ətrafında düşünəcəklərini bildiriblər. Müzakirələrin gedişində təklif olunan şəxslərlə bağlı yekun qərar əldə olunmayıb. Elə ona görə də Milli Şuranın növbəti iclası beş gün sonraya təxirə salınıb.
Maraqlıdır ki, dünən günün sonunda artıq Əkrəm Əylislinin Ziyalılar Forumundan imtina etməsi barədə xəbərlər yayıldı. Eldəniz Quliyev modern.az-a faktı təsdiqləyərək deyib ki, Ə.Əylisli dəfələrlə iclaslara dəvət olunsa da, o, bundan imtina edib. Adıçəkilən sayt deyilənlərə Əkrəm Əylislinin özündən münasibət öyrənməyə cəhd edib. Sualı dinləyən yazıçı cavab verməkdən boyun qaçırıb.
Fuad
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49