Daşkəsəndə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü A.Yusifov əl nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin məlumata görə, A.Yusifov ailə münaqişəsi zəminində qudası ilə mübahisə edərkən bıçaq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov