İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 4-də növbəti dəfə torpaq hərracı keçirəcək.
"Unikal" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərraclar ƏMDX-nın Yevlax, Ucar, İmişli və Ağcabədi ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 8 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.