Ukrayna mineral sövdələşməsi  ABŞ-yə sonsuz baha başa gələcək.

"Unikal" xəbər verir ki, bunu Respublikaçı Nümayəndələr Palatasının üzvü Marcori Teylor Greene sosial şəbəkədə yazıb. 

"Biz Ukraynanın nadir torpaq minerallarının Amerikanı sonsuz xərclərə və hərbi müdafiəyə məhkum etməsini istəmirik", - deyə konqresmen öz postunda qeyd edib. 

O, bildirib ki, Birləşmiş Ştatlar öz nadir torpaq minerallarına malikdir və onları evdə hasil etmək olar və yeni iş yerləri yaradır. Onun sözlərinə görə, federal hökumət buna diqqət yetirməlidir.

Qeyd edək ki, mayın 1-də Ukrayna və ABŞ mineral ehtiyatlara dair saziş imzalayıblar ki, bu da, xüsusilə, hasilat sənayesində ölkələrin birgə layihələri üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur. Razılaşmaya əsasən, Kiyev yerin təki üzərində nəzarəti özündə saxlayacaq və əldə edilən gəlir ölkənin bərpasına sərf oluna biləcək.

Razılaşma həmçinin Ukraynanı ABŞ-ın əvvəllər verdiyi hərbi yardım borclarından azad edib.

Gülayə Mecid