"Bu gün Amerika Birləşmiş Ştatlarının Prezidenti, hörmətli dostum Donald Trampla apardığımız telefon danışığı çox məhsuldar, əhatəli və səmimi oldu".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Teleqram hesabında yazıb. 

"Görüşümüz zamanı Qəzzada, Suriyada humanitar vəziyyətin pisləşməsi, Rusiya-Ukrayna müharibəsi, qlobal ticarət, İran və ABŞ arasında davam edən danışıqlar və bir çox digər regional və qlobal məsələləri müzakirə etdik.

Biz cənab Trampla Türkiyə-ABŞ əlaqələrini, xüsusilə müdafiə sənayesi və ticarət sahələrində inkişaf etdirmək iradəmizi təsdiqlədik.

Prezident Trampın dünyamızda davam edən qarşıdurmalara və müharibələrə son qoymaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyimi və Türkiyənin bölgəmizdə sülh, sabitlik və əmin-amanlıq mühitinin yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğuladım.

Ən qısa zamanda dəyərli dostumu Türkiyədə qonaq etməkdən çox məmnun olacağımı bildirdim və o, bizi ABŞ-a dəvət etdi.

Ümid edirəm ki, dostum Trampla tezliklə görüşəcəyəm və ümid edirəm ki, görüşümüz ölkələrimiz üçün faydalı olacaq", - deyə Tramp qeyd edib.