Yeni Papanın seçilməsi üçün keçirilən konklav zamanı Vatikanda telefon əlaqəsi dayandırılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Vatikan Ştatının qubernatorunun ofisi açıqlayıb. 

Qeyd olunub ki, bu addım Müqəddəs Pyotr meydanına təsir etməyəcək.

"7 may saat 15:00-dan etibarən Vatikan ərazisində mobil telefonları idarə etmək üçün bütün telekommunikasiya siqnal ötürmə sistemləri söndürüləcək. Siqnal Papanın seçilməsi elan edildikdən sonra bərpa olunacaq", - məlumatda deyilir.

Ağarza Elçinoğlu