Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

"Unikal"ın məlumatına görə, K.Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan 12 nömrəli tam orta məktəbdə oxuyub.

Azərbaycan Dövlət Neft Akademiyasında Menecment və strateji idarəetmə ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə əmək fəaliyyətinə başlayıb.

İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib. 2024-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.