Neft qiymətləri 4%-dən çox artıb.

"Unikal" xəbər verir ki, London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti bir barel üçün 62,69 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 2,46 dollar (4,08%) çoxdur.

Nyu-York əmtəə birjasında iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 2,47 dollar (4,32%) bahalaşaraq 59,6 dollar/barelə çatıb.