Sərnişin təyyarəsi Moskvanın Şeremetyevo hava limanında “Xalça” planının qüvvədə olduğu bir vaxtda məcburi eniş edib.

"Unikal" xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

Misirin "Red Sea Airlines" şirkətinə məxsus “Boeing 737” Şarm əl-Şeyxdən Moskvaya uçurmuş. Təyyarə Vnukovo hava limanına enməli idi, lakin bu anda Rusiya paytaxtının üç əsas hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

Bu səbəbdən təyyarə Vyazma üzərindəki gözləmə zonasında dövrə vurmalı olub, lakin onun yanacaq ehtiyatı tükənməyə başlayıb.

"Moskva vaxtı ilə saat 2:00-da təyyarə "Xalça" planının həyata keçirildiyi Şeremetyevo alternativ aerodromuna məcburi eniş edib. Şeremetyevo və Vnukovoya uçuşlara qoyulan məhdudiyyətlər saat yarım sonra aradan qaldırılıb", - deyə qeyd edilib.