Gənc Menecerlər və İş Adamları Dərnəyinin (GYİAD) Yüksək Məsləhət Şurasının üzvü, Türkiyə-Lüksemburq İş Şurasının qurucu prezidenti Pınar Eczacıbaşı vəfat edib.
"Unikal" xəbər verir ki, Türkiyə ilə Avropa arasında iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayan Pınar Eczacıbaşı Türkiyənin köklü ailəsi olan Vədat və Gülçin Eczacıbaşının qızıdır.
65 yaşında vəfat edən iş qadınının ölüm səbəbi açıqlanmayıb. Pınar Eczacıbaşının mayın 8-də dəfn olunacağı bildirilib. Ailəsi çələng göndərmək yerinə Türkiyə Təhsil Vəqfinə ianə olunmasını xahiş edib.