Hindistan silahlı qüvvələrinin ittifaq ərazisi olan Cəmmu və Kəşmirin Pakistanın nəzarətində olan hissəsinə endirdiyi zərbələr nəticəsində azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası İdarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Hindistan iki məscidə hücum edib.

Bundan əvvəl Hindistan hökuməti ittifaqın ərazisi olan Cəmmu və Kəşmirin Pakistanın nəzarətində olan hissəsində 9 hədəfi vurduğunu bildirib. Pakistan Hindistana cavab zərbələri endirib.

*** 00:45

Hindistanın Pakistana hücumu nəticəsində azı bir uşaq həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

Bahavalpur yaxınlığında daha iki nəfər yaralanıb.

Hindistanın Müdafiə Nazirliyi bildirib ki, “terror infrastrukturuna” zərbələr Pahalqamdakı “barbar” terror hücumundan sonra həyata keçirilib.

Pakistan rəsmiləri bildiriblər ki, hava məkanını 48 saat ərzində bütün uçuşlar üçün bağlayır.

Sosial şəbəkələrdə Hindistanın Pakistan ərazisinə endirdiyi zərbələrin görüntüləri yayımlanır