Yeni kampaniyadan yararlanmaqla "Xalq Bank"ın təqdim etdiyi premium üstünlüklərə malik "Mastercard Black Edition" kartını xidmət haqqı və ilkin mədaxil məbləğinə 50% endirimlə əldə etmək mümkün olacaq.
"Unikal" xəbər verir ki, "Mastercard Black Edition" kartı ilə dünyanın hər yerində eksklüziv xidmətlər və imtiyazlardan yararlanmaq, vəsait nağdlaşdırmaq və ödənişlər aparmaq mümkündür. Kart öz sahibinə 500 000 USD-dək səyahət sığortası proqramı, müxtəlif hava limanlarının biznes zallarına ildə 10 dəfə ödənişsiz keçid, hava limanlarında ildə 10 dəfə pulsuz sürətli keçid (Fast Track), pulsuz data rouminq, kafe-restoranlarda keşbek, “Duty Free” mağazalarında keşbek və digər endirim imkanlarını təqdim edir.
Kampaniya 31 iyuladək davam edəcək.
"Mastercard Black Edition" kartını "XalqOnline" mobil tətbiqini yükləyərək, Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/?card=8 səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.