Pakistanda baş nazirin müavini və xarici işlər naziri İshaq Dar 75-80 Hindistan qırıcısının Pakistana hava hücumu təşkil edərək mülki əraziləri və məscidləri hədəf aldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə parlamentdə mətbuata açıqlama verib.
O, Pakistanın beynəlxalq ictimaiyyət qarşısında müharibə başlatmamaq üçün öhdəlik götürdüyünü bildirib. O, Hindistanın hərəkətlərini iyrənc bir hərəkət kimi qiymətləndirib.
Dar Pakistanın təmkinli olduğunu və yalnız hücumda iştirak edən təyyarələrə cavab verdiyini bildirib. O, beş Hindistan qırıcısı və iki pilotsuz təyyarənin vurulduğunu təsdiqləyib.
Gülayə Mecid