Mili Şuranın MSK sınağı necə qurtaracaq?
13:02 24-08-2013
CƏMİYYƏT
Mili Şuranın MSK sınağı necə qurtaracaq?
Milli Şuranın lideri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədlikl bağlı Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlərinin qeydiyyatdan keçib-keçməyəcəyi ciddi maraq doğurur. Çünki onun namizdliyi qeydə alınmazsa, Milli Şurada onsuz da baş vermkdə olan böhran prosesi daha darəinləşəcək və çox güman ki, heç prezident seçkiləri başlamamış bu qurum fəaliyyətinə xitam verəcək.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu sözügedən məsələyə toxunarkən bildirib ki, “İkili vətəndaşlıqla bağlı Konstitusiyadakı müddəalar nəzərə alınır. MSK üçün namizədin kimliyinin önəmi yoxdur. Hər şey qanun çərçivəsində tənzimlənir. Digər dövlət qarşısında öhdəliyi olan şəxslər prezidentliyə namizəd ola bilməz. Bizə Rüstəm İbrahimbəyovun sənədləri dünən daxil olub. Beş gün ərzində onun sənədlərinə baxılacaq və bundan sonra MSK-nin qərarı açıqlanacaq”.
Biz “Unikal” olaraq bu durumu araşdırılması üçün ölkənin bir neçə tanınmış siyasətçisinə müraciət etdik.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin “Unikal”a bildirdiyinə görə, “Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin MSK tərəfindən qeydə alınması şansı sıfıra bərabərdir. Çünki məndə lan məlumata görə, onun ikili vətəndaşlıq problemi lzımi şəkildə həll edilməyib. Məni məsələnin hüquqi tərəfi ilgiləndirmir. Mənə çox qəribə görünən odur ki, kinossenarist Rüstəm İbrahimbəyiov hansı özəlliklərinə və xidmətlərinə görə Azərbaycan xalqının prezidenti olmaq iddiasına düşüb. Azərbaycan xalqı 20 Yanvar qırğını kimi böyük bir faciəni yaşayanda Rüstəm İbrahimbəyovun səsi çıxmadı. Sanki tankların altında qalan, nahaq yerə güllələnən günahsiz insanlar onun mənsub olduğu xalqdan deyildi. Heç sonrakı dövrlərdə də xalqımızın müsibətli günlərində onu meydanda görənlər olmayıb. Onun Moskva mətbuatında çıxış etmək üçün geniş imkanları var. İndiyə qədər Dağlıq arabağ problemi ilə bağlı onun kəskin bir yazısına və ya çıxışına rast gəlməmişik. Belə bir insandan bu xalqa prezident olmaz”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Unikal”a bildirdiyinə görə, “Hazırda Rüstəm İbrahimbəyovun qarşısında duran ən böyk problem ikili vətəndaşlıq məsələsidir. Onun bu problemi həll edəcəyi isə havayı sevdadır. Rüstəm İbrahimbəyov qeydiyyatdan keçməyəndən sonra isə bu Milli Satqınlar Şurası öz-özünə dağılacaq. Amma mən bir prezdientiyə namizəd kimi çox istərdim ki, Rüstəm İbrahimbəyovla teledebata çıxım. O mənim qabağımda duruş gətirə bilməzdi. Onun iç üzünü açıb bu millətə tanıdacaqdım!”
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin “Unikal”a söylədiyinə görə, “Artıq Rüstəm İbrahimbəyovun siysi şansları tamamilə tükənərək bitib. Hazırda Milli Şurada təmsil olunan siyasi qurumların liderləri ona maliyyə mənbəyi kimi baxırlar. Çünki İbrahimbəyov onlara söz verib ki, maliyyə təminatını kəsməyəcək”.
Partiya sədrinin sözlərinə görə, “Milli Şuranın bundan sonra cidi bit siysi blok kimi mövcud olaraq qalması mümkünsüzdür. Çünki onun konkret ideologoyası və milli reallığa söykənən proqramı yoxdur. Şəxsi maraqlar zəminində qurulan təşkilatlar isə elə şəxsi maraqların ucbatınan da dağılır”.
Fuad
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10