"Bizim hökumətin ayıbı ilk növbədə odur ki, bu adamlar (Sarkisyan-Köçəryan cütlüyü - red.) hələ həbsdə deyillər, bu, bizim siyasi ayıbımızdır". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

"Bizim siyasi ayıbımız odur ki, biz 2018-ci ildə hakimiyyətə gələndə Qarabağla bağlı eyni məntiqlə yaşayırdıq və düşünürdük. Biz 30 il mövcud olan eyni məntiqə inandıq: rusları çağıracağıq, onlar müharibəni dayandıracaqlar.

Qarabağ üçün heç nə edə bilmərik. Düşünürdük ki, 30 ildir bu sistem işləyirsə, buna toxunmayaq, amma onlar müharibəni cibimizə qoyub getdilər. Bəli, ayıbdır ki, biz o müharibəyə, o aldadıcılığa, o yalana icazə verdik, onlar da bunu cibimizə qoyub getdilər", - deyə spiker vurğulayıb.

Ağarza Elçinoğlu