Estoniya Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimi ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Estoniya hökuməti bu gün Gürcüstanın diplomatik və xidməti pasportlara malik olan şəxsləri üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.

"Diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün viza rejiminin tətbiqi beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının adi vətəndaşlara, nümayişçilərə və jurnalistlərə qarşı repressiyalarla, o cümlədən polisin cəzasız qalması və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərlə razılaşmadığını nümayiş etdirmək üçün növbəti addımdır", - deyə Estoniyanın xarici işlər naziri T.Marsqunask deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimə məhdudiyyətlərin tətbiqi məsələsini də nəzərdən keçirir.