Vatikandakı kardinallar Roma Katolik Kilsəsinin yeni rəhbəri amerikalı Robert Prevonu seçiblər.
"Unikal" xəbər verir ki, o, XIV Leo adını götürüb. 70 yaşlı Prevo əslən Çikaqodandır. O, 2023-cü ildən Vatikanda yaşayır.
Roma Papası həm Müqəddəs Taxt-Tacın, həm də Vatikan Dövlətinin başçısıdır.